“Həqiqət acı olsa da danış!” söyləyən Məhəmməd peyğəmbərin mövludu günü

 

İslam dünyasında müsəlman Hicri-qəməri təqviminin hər 3-cü ayının 12-ci günü Mövlud günü  - Məhəmməd peyğəmbərin doğulduğu gün qeyd edilir. Bu il həmin gün 18 oktyabra təsadüf edir. Həqiqətən də dövrünün ən böyük dühalarından olan Məhəmməd peyğəmbərdən “Quran” kitabı, eləcə də dillər-əzbəri olmuş, zərb-məsələ çevrilmiş minlərcə cümlələr miras qalmışdır. Bu gün onlardan bir parasını niyə də xatırlamayaq?

 

Beşikdən qəbrədək elm axtarışında olun;

 

Behişt anaların ayaqları altındadır;

 

Ayaqlar baş olanda, başlar ayaq altında qalar;

 

Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər;

 

 Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir;

 

Ədəbi olmayanın ağlı da olmaz;

 

Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir;

 

İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır;

 

Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir;

 

Uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar;

 

Səni şübhəyə salan hər nə varsa, onu tərk et;

 

Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.

 

Və ən nəhayət, xüsusən dövrümüzlə çox səsləşən bir aforizm: Həqiqət acı olsa da danış!