Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

 

Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mədəniyyət komitəsinin iş planına əsasən, yaz sessiyasında parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub.