Elnur Əliyev: Mədəniyyət Nazirliyi tərəfindən yeni strategiya hazırlanır

 

“Mədəniyyət Nazirliyi bütün fəaliyyətini layihə idarəçilik vasitəsilə həyata keçirəcək. Layihə artıq təsbit olunmuş elmi yanaşmadır, bütün dünyada ən çox istifadə olunan bir metodologiyadır”

 

Bu sözləri mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə müsahibəsində deyib.

“Mədəniyyət nazirliyi tərəfindən yeni strategiya hazırlanır. Artıq strategiyanın beş istiqaməti qəbul edilib. Layihəyönümlü yanaşma bu strategiyanın həyata keçirilməsində, eyni zamanda hər bir layihənin bu strategiyaya uyğunluğunu təmin etmək üçün vacib addımdır. Layihə yanaşması bütün dünyada tətbiq olunur. Biz dünyada tətbiq olunan və özünü təsdiqləmiş korporativ idarəçiliyi Mədəniyyət Nazirliyində tətbiq etməyə çalışırıq. Ancaq Mədəniyyət Nazirliyi olaraq biz bu idarəçilik metodunu müəyyən qədər dəyişib ölkəmizə uyğun formada işləyib hazırlamışıq”, - deyə Elnur Əliyev əlavə edib.