Esra Ezmeçi Azərbaycana gəlir

Psixologiya sahəsində qələmə aldığı kitablarla böyük bəyənmə toplayan Uzman Klinik Psixoloq Esra Ezmeci, "İlişkilerde Mesafe Koyma ve Özgüven" mövzulu seminarı ilə 16 yanvar 2022-ci il tarixində, saat 15-də Azərbaycan oxucuları ilə Nizami Kino Mərkəzində görüşəcək. 

Uzman baxış nöqtəsi və səmimi dili ilə oxucularına həm professional bir dəstəkçi, həm də yardım əli uzadan bir dost olaraq yaxınlaşan Esra Ezmeci, bu sahədə biliklərini  gündən-günə daha böyük bir kütləyə çatdırır. 

Eyni zamanda qatıldığı fərqli çeşiddə televiziya proqramları ilə də tanınan yazar Esra Ezmeci xoşbəxt münasibətlərin sirrlərini, münasibətlərə necə yanaşmalı olduğumuzu, necə davranmalı olduğumuzu, özümüzə inamımızı necə yeniləyəcəyimizi sadə və sadə bir dillə izah edir. 

Biletlər 40-70 manat civarında olacaq.