Azərbaycanın mədəniyyət naziri bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb Featured

Rate this item
(0 votes)

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı. Forum çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimli bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi qeyd olunub.

 

Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabrında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi “Bakı Prosesi”: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsi yekdilliklə qəbul olunub. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə edilib.

 

Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya barədə məlumat verib.

 

Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi “Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə”yə həsr olunub.

 

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2024)