UNESCO: Azərbaycan nümayəndə heyətinin üzvləri Baş konfransın 41-ci sessiyasında iştirak edirlər

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Baş konfransının 41-ci sessiyası keçirilir.
AzərTAC xəbər verir ki, aidiyyəti sahələr üzrə Azərbaycan nümayəndə heyətinin üzvləri sessiyada iştirak edirlər.
Bu gün səhər qurumun Büro iclasında Daimi Nümayəndəliyimizin II katibi Nahid Omarov iştirak edib.
İclasda Baş konfransın, eləcə də müxtəlif komissiyaların gündəliyi və cari məsələlər müzakirə olunub.
Noyabrın 24-də başa çatacaq UNESCO-nun Baş konfransında Azərbaycan nümayəndə heyətinin üzvləri müxtəlif komissiya iclaslarında ölkəmizi təmsil edirlər.