GÜLÜŞ KLUBUnda skleroz Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

ŞƏKLİN YAZISI:

-Ütünü çıxartdım? Çıxartdım. Suyu bağladım? Bağladım. Qapını kilidlədim? Kilidlədim. Bəs elə bil nəyisə unutmuşam axı, nəsə özümü rahatsız sayıram. 

 

2.

94 yaşlı Nazbikə 92 yaşlı Güləndama deyir:

-Güləndam, mənim ağlımı başımdan alan o nemsə köpək oğlunun adı nəydi?

-Alsheymer!

 

3.

-Uşaqlar zəng etmirlər deyə narahatam.

-Nahaq narahatsan. Zəng etmirlərsə, demək hər şeyləri yaxşıdır.

 

4.

Səhiyyə nazirinin sözlərinə görə, pensiya yaşı qaldırılandan sonra insanlar özlərini on yaş cavan hiss edirlər.

 

5.

Saxta pulkəsənin kəsdiyi pul orijinaldan heç nə ilə fərqlənmirdi deyə qərara gəldilər ki, onu müəllif hüquqlarını pozmaqda - plagiatda ittiham etsinlər. 

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)