GÜLÜŞ KLUBUnda Aşot Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Həkim Vəlimetov sıraarası gəzib deyir:

-Şikayəyiniz var?

Tibb bacısı söyləyir:

-Doktor, bura meyitxanadır e, xəstəxana deyil.

Həkim başındakı kalpakını çıxarıb deyir:

-Şikayətiniz var?

 

2.

Erməni lətifəsi.

Aşot gecə saat 3-də korporativ məclisdə olan arvadı Anuşa zəng edir. 

-Alo, Anuş, niyə belə gec qaldın?

-Aşot, Anuş deyil, mənəm, rəfiqəsi Narine.

-Narine, Anuş hanı?

-Yatır.

-Niyə, ona pisdir ki?

-Əksinə, ona çox yaxşıdır,

 

3.

Rus lətifəsi:

Böyük səkkizliyi tərk edərkən unutma: ardınca işıqları söndür və qazı da bağla.

 

4.

-Ərəbzəng müəllim, siz kimdən belə gözəl yemək bişirməyi öyrənmisiniz? 

-Arvadımdan.

-Ooo, arvadınız belə gözəl yeməklərmi bişirir?

-O heç nə bişirə bilmir deyə ac qalmamaq üçün öyrənmişəm. 

 

5.

Çukça məsəli

Qoy o adam çimsin ki, o, qaşınmağa ərinir.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)