Mənə hörmət edin!

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

+ Salam, necəsiniz ?

- Salam, çox sağolun təşəkkür edirəm siz necəsiniz ?

+ Zəhmət olmasa, mənim sənədlərimi hazır edərdiniz, xarici ölkəyə təcili səfər etməliyəm...

- Oldu, zəhmət olmasa qeyd etdiyim sənədləri hazırlayıb gətirəsiniz.

+ Aydındı, təşəkkür edirəm. Gedə bilərəm indi ?

- Bəli, əlbəttə.

+ Üzr istəyirəm, nə qədər rüsum ödəməliyəm ?

- 40 manatdı. Mənə də nə hörmət edərsiniz edərsiniz. 

+ Bağışlayın anlamadım. Necə yəni ?

- Nə hörmət edərsiniz, edərsiniz indi. 

+ Mən yenə sizi anlamıram. Mən ki sizə qarşı heç bir hörmətsizlik etməmişəm. Bayaqdan da sizinlə hörmətlə, nəzakətlə danışıram...

- Siz məni yanlış anladınız. Şirinlik yəni...

Zəhmət haqqı, "çayvoy", "xaltura".

- Zəhmət haqqınızı işlədiyiniz müəssisə vermirki ?!

+ Verir.

- Bəs onda niyə belə bir şey istəyirsiniz ?

+ Tək mən deyiləm ki, belə bir şey istəyən. Ölkədə nə qədər adam belə edir: Həkimi, polisi, işə götürəni, müəllimi və s. Yoxunuzdusa deyin yoxdudə... Daha niyə söhbəti uzadırsınız ?!

- Elə ona görə ölkə bu vəziyyətdədi...

Şirinlikdən şəkərə tutulanları, pulu ilə hörmət, şərəf, nüfuz qazananları...

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)