“Ədəbiyyat və incəsənət” portalı bir müddətdir ki, Sumqayıtda yaşayan, ixtisasca həkim olan Hümbət Quliyevin aforizmlərini dərc edir və bu aforizmlər kifayət qədər oxucu marağına səbəb olub. Dərci davam etdiririk.
1) Gülə iyinə, insana xasiyyətinə görə dəyər verilər.
2) Yumurtadan çıxan yumurta çıxarar.
3) Özünü aldatmağın şirinliyindən vaz keçmək çətin olur.
4) Tez- tez gülməkdən ölənlər çox yaşayırlar.
5) “Sonra” “yox” sözünün mədəni formasıdır.
6) Pis yaddaş yaxşı əhvala qardaşdır.
7) Başqasının pulunu sayan yerində sayar.
8) Hər bir it daha böyük karvana hürməyi arzulayır.
9) Axmaq vəziyyətə yalnız ağıllı düşə bilir.
10) İnsana inanma, onun içində yeganə düz olan şey bağırsağıdır.