SW festivalı iştirakçılarının çıxış vaxtları müəyyənləşdi – Ayxan Ayvazdan Ümid Nəccariyədək! Featured

Bildiyiniz kimi, aprel ayının 30-da cənnətməkan Qubada ədəbiyyatın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi başlayacaq. 

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın final mərhələsinin 32 iştirakçısının Münsiflər heyəti qarşısında çıxış sıralanması bəlli olub. Azərbaycan ədəbiyyatının istedadlı gənc yazarlarını bir araya gətirəcək festivalda ilk çıxış aprelin 30-da saat 15-də Ayxan Ayvazın, son çıxış isə mayın 1-də Ümid Nəccarinin olacaq. Siyahını təqdim edirik:

 

1. Ayxan Ayvaz. Nəsr. 30 aprel.

2. Aypara Mehmanova (Aypara Ayxan). Poeziya.30 aprel.

3. Bahəddin Salman. Nəsr. 30 aprel.

4. Cavid Qasımov. Poeziya. 30 aprel.

5. Cavid Zeynallı. Nəsr.30 aprel.

6. Elroman Əlizadə (El Roman). Poeziya. 30 aprel.

7. Elvin Əlizadə. Poeziya. 30 aprel.

8. Elvin İntiqamoğlu. Poeziya. 30 aprel.

9. Emin Əlizadə (Eminquey). Poeziya. 30 aprel.

10. Emin Piri. Poeziya. 30 aprel.

11. Ələsgər Əhmədov (Ələsgər Əhməd). Poeziya. 30 aprel.

12. Faiq Hüseynbəyli. Poeziya.30 aprel.

13. Fərid Hüseyn. Poeziya. 30 aprel.

14. Gülmalı Məmmədov (Səddam Laçın). Poeziya, nəsr. 30 aprel.

15. Gülnar Hüseynova (Gülnar Ümid). Poeziya.30 aprel.

16. Gülay Tahirli. Poeziya.30 aprel.

 

17. Günel Ağayeva (Günel Balakişi). Poeziya. 1 may.

18. Həsən Zeynallı (Həsən Kür). Poeziya. 1 may.

19. İntiqam Cavanşir (İntiqam Yaşar). Poeziya. 1 may.

20. Mehdi Dostəlizadə. Poeziya. 1 may.

21. Murad Muradov. Nəsr. 1 may.

22. Nadir Rzalı (Nadir Yalçın). Nəsr. 1 may.

23. Nərgiz İsmayılova (Nargis). Nəsr. 1 may.

24. Nigar Ağalarova (Nigar Arif). Poeziya. 1 may.

25. Orxan Həsənov (Orxan Həsəni). Nəsr. 1 may.

26. Ramil Əhməd. Poeziya. 1 may.

27. Rəvan Cavid. Poeziya. 1 may.

28. Ruslan Cahangirli (Ruslan Dost Əli). Poeziya. 1 may.

29. Təvəkgül Boysunar. Nəsr. 1 may.

30. Tural Cəfərli. Poeziya. 1 may.

31. Ulucay Məmmədov (Ulucay Akif). Poeziya. 1 may.

32. Ümid Nəccari. Poeziya. 1 may.