Qubada Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) rəhbəri İntiqam Yaşar, İdarə Heyətinin üzvü Habil Rzanur, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, qubalı yazar Murad Muradov, yazar Ceyhun Ağabəyov və Quba Rayon İcra Hakimiyyətinin (QRİH) nümayəndəsi Əhməd Nurullayev ilə görüş keçirilıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev görüşün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi " “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşkili" layihəsi çərçivəsində keçirildiyini qeyd edib.

Yusif Alıyev bildirib ki, mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. O, gəncləri nəinki mütaliə ilə məşğul olmağa, həmçinin yazıb-yaratmağa səsləyib və DGTYB haqqında məlumat verib. 

Bildirilib ki, DGTYB beynəlxalq hüquqi şəxs olaraq onlarca kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər keçirən, türk dünyasında yaşayan gənc yazarların birləşdiyi qurumdur.

İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. O, DGTYB tərəfindən hazırlanan “Gəncliyin sözü” kitabını təqdim edib və nəşrdə 55 gənc yazarın müxtəlif mövzularda əsərlərinin toplandığını qeyd edib.

Daha sonra digər tədbir iştirakçıları şeirlər söyləyiblər. 

Sonda “Nizami Gəncəvi irsi və gənclik” kitabı həmin nəşrdə məqalələri çap olunan filialın müəllimi Nuranə Allahverdiyevaya və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II və III kurs tələbələrinə hədiyyə olunub. 

İntiqam Yaşar layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə direktor Yusif Alıyevi və ustad şair Ramiz Qusarçaylını təltif edib.