Beynəlxalq Türk Müəllifləri Birliyi ilə Türk Ədəbiyyatı Vəqfi arasında memorandum imzalanıb

 

Ədəbiyyat, mədəniyyət, müəllif hüquqları sahəsində fəaliyyətə başlayan Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) ilə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı BeyTüM-ün rəhbəri, şair Xəyal Rzaya istinadən məlumat verir ki, memorandumu Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, tanınmış şair Serhat Kabaklı və Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, Xəyal Rza imzalayıblar.

Memorandumda iki qardaş ölkənin ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyətinin inkişafına xidmət göstərəcək müxtəlif layihələrin həyata keçirilməsi, kitabların çap edilməsi və təbliğində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.