Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etdirmək üçün müqavilələri uzatmayacaqlar

 

Amerikalı və kanadalı yazıçılar Stiven Kinq və Linvud Barkley Rusiyada kitablarını nəşr etmək üçün müqavilələri uzatmayacaqlar. Bu yazarlar sosial mediada - Twitter hesablarında məlumat veriblər. 

Xəbəri “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən yayır. 

"Razılaşıram ki, bu elə də böyük qurban deyil, hər halda mən Rusiyada kitablarımın çapı  üçün müqavilələri uzatmıram", - Barkley qeyd edib. "Mən də", - deyə Kinq Barkleyin qeydinin altında imza atıb. 

Təbii ki, bu addımlar Rusiyanın Ukraynaya silahlı təcavüzünə cavab olaraq atılıb. 

Xatırladaq ki, Stiven Kinqin kitabları bütün dünyada çoxmilyonlu tirajla nəşr olunur (cəmi 350 milyon nüsxə satılıb). Onun əsərləri kino və televiziya üçün uğurla adaptasiya olunur,  yazıçı çoxlu sayda ədəbi mükafatlara malikdir.

 

Şəkildə: Stiven Kinq