Amerikalı yazıçı Mark Suenvik Rusiyanın Ukraynaya təcavüzü səbəbindən postundan istefa verib Featured

 

Baş ofisi Rusiyada fəaliyyət göstərən Beynəlmiləl Yazıçılar İttifaqının fəxri prezidenti, tanınmış ABŞ yazıçısı Mark Suenvik öz postundan istefa verib.

“Ədəbiyyat və incəsənət” portalı  Beynəlmiləl Yazıçılar İttifaqının saytına istinadən xəbər verir ki, Suenvik təşkilatın icraçı direktoru Aleksandr Qritsenkonun ünvanına belə bir məktub göndərib:

“Ser, Mən Beynəlmiləl Yazıçılar İttifaqının  fəxri prezidenti vəzifəsindən istefa verdiyimə görə çox təəssüflənirəm. Bu ərizənin dərhal qüvvəyə minməsini xahiş edirəm. Rusiyanın Ukraynaya müdaxiləsini nəzərə alaraq, mən Vladimir Putinə, onun hökumətinə və onların ekspansionist ambisiyalarına dolayısı ilə də dəstək verə bilmərəm.

 Mən Beynəlmiləl Yazıçılar İttifaqının mənə göstərdiyi şərəfə görə minnətdaram və hələ də dürüst ədəbi yaradıcılığın və onun daha yaxşı bir dünya yaratmaq potensialının vacibliyinə inanıram. Əgər mən bu məqsədlərə nail olmaqda kömək edə bilsəm, əlimdən gələni əsirgəməyəcəyəm.

Səmimiyyətlə Maykl Suenvik”