Dünyanın ən balaca yazıçısı Bellanın 5 yaşı var

 

Böyük Britaniyada Bella-Cey Dark adlı 5 yaşlı qız “İtmiş pişik” kitabını nəşr edərək dünyanın ən gənc yazıçısı olub.

TASS agentliyi bu barədə Britaniyanın “Deyli Meyl” nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Dark keçən il kitab yazmaq arzusunu ailəsinə çatdırıb. Ana və atası əvvəlcə buna önəm verməyiblər. Lakin Bella-Cey Dark kitabını bir il ərzində tamamlayıb. “İtmiş pişik” hekayəsi macəraya çıxan və çox keçmədən önəmli bir dərs alan pişik haqqındadır.

Hazırda kitab "Amazon" və "Vaterstones"da 4 funta satılır.