POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dünya boyda imarəti neynirəm...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Dünya boyda imarəti neynirəm...“ söyləyir.

Xoş mütaliələr.

 

Dünya boyda imarəti neynirəm...

 

O söz məni ovsunlamaz, a şair,

Nə məcazı, nə ecazı yoxdusa.

Bir hecası əsir idi vətənin-

Və- tən olmur  bir hecası yoxdusa...

 

Əl tutmuşduq, oynayırdıq ələmnən,

Bir ləl tapıb, böldüm onu lələmnən.

...O, özünü bir gün vurdu qələmnən-

Neynəyəydi tapançası yoxdusa?

 

Dağdan ağır bu minnəti neynirəm?

Sədəqətək sədaqəti neynirəm?

...Dünya boyda imarəti neynirəm-

Sənə baxan bir bacası yoxdusa?!

 

Ədəbiyyat və incəsənət”

(19.09.2024)