Uğurlu mətn yazmağın 8 qaydası Featured

Rate this item
(0 votes)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Ustad dərsləri rubrikasında sizləri “Taxt Oyunları”nın məşhur müəllifi Corc R.R. Martinin “Yazıda müvəffəqiyyət qazanmaq üçün Ən Yaxşı 8 Qayda”sını təqdim edirik. Öncədən onu deyim ki, bu sayaq qaydaların hamısını yaddaş baqajınıza yükləyin, ayrı-ayrılıqda onlar faydalı olmaya bilərlər, amma bir yerdə mütləq fayda gətirəcəklər.

 

1.Minimalizmi məşq edin. Heç bir uzunçuluq, bol təsvirlər, bədii ifadə vasitələri sizin köməyinizə yetə bilməz.

2. Yazıçılığa romanla başlamayın. Hekayə və esselərlə başlayıb tədricən romana doğru inkişaf yolu gedin.

3. Hər şey bir səbəbdən olur. Səbəbsiz heç nəyi mətnə gətirməyin.

4. Tam qapandırmadan istifadə edin. Yəni, oxucu mətninizə tam qapanmasa yarımçıq ordan qopa bilər.

5. Dürüstlük vacib şərtdir.

6. Xarakterə daxil olun. Xarakterlə yaşayın!

7. Memar əvəzinə bağban olun. Bu bənzətmə adi sözlər deyil, onu dərindən qavramağa çalışın.

8. Fanfiks sizin ədəbi əzələlərinizi çox işlətmir, bunu bilin.

 

Beləliklə, sizlər 8 qayda ilə tanış oldunuz. Zəruri bir qeyd edim, fanfiks – komikslərin, komputer oyunlarının, YouTube filmlərinin mətnlərindəki vulqarizmlərdir, onlar hazırda ədəbi mətnlərdə dominantlıq təşkil edirlər. Bütün 8 qaydadan yalnız bu sonuncu – 8-ci qayda bizlər üçün yetərli deyil, yəni, bizdə fanfiks dəbi yoxdur. Əvəzində bizim mətnlərdə dialekt və ləhcənin ədəbi mətnə basqısı var. Elə bu da bizim mətnin fanfiksi hesab ediilə bilər. Demək, mətnlərimizi dialekt və şivə basqısından qorumalıyıq.

Azərbaycan mətnində daha bir bəla orfoqrafiya və orfoepiya mətnlərinin sərhədinin olmamasıdır. Yəni, müəllifin mətni ilə obrazın danışığının təhkiyəsi əsla fərqlənmir. Bu da yolverilməzdir.

Gəlin unutmayaq ki, uğurlu mətn yazmaq qaydaları riyazi dəqiqliklə hesablanıb, burda özfəaliyyət keçmir.

Ümidvaram ki, sizlərə faydalı ola bildim. Növbəti həftələrdə Ustad dərslərində görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)