BİR SUAL, BİR CAVAB Aysel Xanlarqızı ilə Featured

Rate this item
(0 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bir qatar göndərirəm bir biletin ardınca,

Boğuluram içimdə, olanları dadınca…

Sonuncu sərnişintək çıxıram qollarından,

Yığıb çamadanlara nəyim varsa, qadınca,

Səni bağışlayıram…Səni bağışlayıram.. ( Aysel Xanlarqızı)

Aysel xanım nəyi istəsə də bağışlaya bilməz?

 

CAVAB

Əslində bağışlamaq mənəvi rahatlıqdır. Amma bu o demək deyildir ki, bağışladıqdan sonra hər şey əvvəlki kimi olur… Xeyr. Bağışlanmağı çətin olanları həyatımın, qəlbimin uzaq bir nöqtəsinə göndərirəm…

Ona görə də şeirimdə dediyim kimi –

Sonuncu sərnişintək çıxaram qollarından…

Səni bağışlayaram…

 

Ədəbiyyat və incəsənət”

(25.04.2024)