Bu gün yazıçı Elçin Hüseynbəylinin 60 illiyidir

 

AYB Katibliyinin yeddi üzvündən biri olan Elçin Hüseynbəyli  “Balıq adam”, “On üçüncü həvari, “141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam” kimi kitabların, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrain, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub. Doqquz pyesi dövlət teatrlarında səhnəyə qoyulub.

 

2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, 2019-cu ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

 

İstedadlı yazıçımızı təbrik edirik!