Ulucay Akifin “Gizlən qaç” kitabının təqdimatı olacaq


Bu gün Azərbaycan Yazıçılar Birliyində gənc yazar Ulucay Akifin “Gizlən qaç” kitabının təqdimatı olacaq. Təqdimat saat 15-dən 18-ə kimi davam edəcək.
Böyük Akif Səmədin yadigarı öz sosial şəbəkə hesabında yazır:
“Mənim üçün ən vacib günlərdən biridir. Çünki həyatımda yazmaqdan, ədəbiyyatdan daha mənalı heç nə görmürəm. Etdiyim bütün digər şeyləri ya bekarçılıqdan, ya da məcburiyyətdən eləyirəm.
Ona görə hər birinizi mənim üçün vacib olan bu gündə gözləyəcəm. Bütün dostlarımı, əzizlərimi, doğmalarımı.
İstəyirəm kitabımı oxuyasınız. Çox istəyirəm. Çünki o kitabda özümü ifadə etmişəm. Məni o kitabı oxuyaraq tanıya bilərsiniz.
Görüşmək ümidilə!”