Dünyaca məşhur bestsellerlərin müəllifi olan yazıçı Uilbur Smit vəfat edib

Bir çox tarixi və macəra romanlarının müəllifi Cənubi Afrika yazıçısı Uilbur Smit 88 yaşında Keyptaunda vəfat edib. TASS xəbər verir ki, bu barədə şənbə günü müəllifin rəsmi saytında bildirilib.
"Dünya şöhrətli bestsellerlərin müəllifi Uilbur Smit bu gün gündüz Keyptaunda öz evində gözlənilmədən dünyasını dəyişib", - deyə məlumatda yazılır. O da qeyd olunur ki, Smit son saatlarını masa arxasında, yeni romanı üzərində işləyəməyə sərf edibmiş. Ölüm onu yazı masası arxasında yaxalayıbmış.
Yazıçının ilk uğuru 1964-cü ildə Kortni ailəsinin həyatı ilə bağlı bir sıra kitabların əsasını qoymuş "Şirlər nə vaxt ifa edirlər" romanı ilə bağlı idi. Sonrakı illərdə onun 30 dilə tərcümə edilmiş bu romanlarının 140 milyondan artıq nüsxəsi bütün dünyada satılmışdı.
Uilbur Smit 9 yanvar 1933-cü ildə Şimali Rodeziyada (Zambiya), ingilis  əsilli ailədə anadan olub. Ona adını valideyinləri Rayt qardaşlarından olan, dünyada ilk idarə olunan təyyarənin yaradıcısı hesab edilən Uilbur Raytun şərəfinə qoymuşdular.
Bəli, müasir ədəbiyyatın daha bir canlı klassikası sayılan şəxs əbədiyyətə qoşuldu. Sıralar lap seyrəldi.