Lənkəran rayonundakı “Yaşıl çay” fərdi fermer təsərrüfatı növbəti yüksək keyfiyyəti və orijinal dizaynlı qutulaması ilə seçilən çay kolleksiyasını təqdim edib.
Bu, “Qərbi Azərbaycan təravəti” adlanan nəfis kolleksiyadır.
“İrəvan”, “Göyçə mahalı”, “Zəngəzur mahalı”, “Dərələyəz mahalı”, “Pəmbək mahalı”, “Ağbaba mahalı” və s. adlar altında Lənkəran çayının müxtəlif növlərinin ən ləziz təamları süfrənizə daşınır.
Eləcə də bu kolleksiyanın indi yağıda qalan qədim Azərbaycan torpaqlarının təbliği baxımından misilsiz beynəlxalq əhəmiyyəti vardır.
Bir vaxtlar - hələ Qarabağ və ətraf rayonlar düşmən əsarəti altında olanda “Yaşıl çay” fərdi fermer təsərrüfatının rəhbəri Araz Yaqubov “Qarabağ” çay kolleksiyasını üzə çıxardı. O kolleksiyanın ayağı düşərli oldu və torpaqlarımız azad edildi.
Niyə də, “Qərbi Azərbaycan təravət”nin ayağı düşərli olmasın?
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)