İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
8 Noyabr Zəfər Günü münasibətilə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Milli Qürur və Zəfər bayramı " adlı ədəbi-musiqili tədbir təşkil olunub.
Dövlət Himnimiz səsləndirildikdən sonra, Ulu Öndərimiz Heydər Əliyevin və Vətən uğrunda Şəhid olan oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəhidlərimizin valideyinləri, döyüş iştirakçıları, Oğuz Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, rayonun idarə və təşkilatlarının, mədəniyyət müəssisələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirak etdiyi tədbirdə Şəhid valideyinləri, içtimaiyyətin və müxtəlif təşkilatların nümayəndələri çıxış edib 8 Noyabr Zəfər Günün tarixi əhəmiyyətindən, şanlı qələbəmizdən, Şəhidlərimizin qəhrəmanlığından söz açdılar.
Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri, müğənnilər vətənə, qəhrəmanlığa aid mahnılar ifa elədi.
Allah Şəhidlərimizə rəhmət eləsin !
8 Noyabr Zəfər Günümüz mübarək olsun !
“Ədəbiyyat və incəsənət”
(05.11.2026)


