2 Oktyabr – Elektron Məktubun Yaranması Günü Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Elektron poçt – (Electronic Mail və ya E-Mail) hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.

 

ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "email" və ya "email" formasında yazılır. Elektron poçt – ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləridir.

İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960- cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: “İlk emailimdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi”.

E-mail 1990-cı illərə qədər çox inkişaf etdi. İnternetin 90-cı illərdə yayılmasıyla birlikdə e-mail çox əhəmiyyətli bir vasitəyə çevrildi. Belə ki, Amerikanın Kaliforniya Universiteti, Berkeleyin 2001-ci ildə açıqladığı statistik rəqəmlər bizə emailin nüfuzunu göstərdi. Araşdırmaya görə 2001-ci ildə gündə ortalama 31 milyard email göndərilirdi. 2008-ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. 2011-ci ildə isə bu rəqəmlər biraz daha artaraq 294 milyarda çatdı.

Elektron ünvanla işləyərkən SMTP və POP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır. Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir. Abonent @ ünvan – @ ("ət" və ya "doq") işarəsi kompüterə məktubun göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır.

Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com, Yahoo!, Hotmail tanınır. MDB məkanında isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.