Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Son günlər “İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini gündəmə gətirib. İranda fəaliyyət göstərən millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıb.
Türk tənqidçilər hesab edirlər ki, “Xəzər” adının “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzlənməsi cəhdi türk tarixinin izlərinin silinməsi ilə bağlıdır. Bildirilir ki, daha əvvəl də fars millətçiləri xəzərləri “işğalçı və anti-İran xalqı” adlandıraraq onların adının dənizdən silinməsini tələb ediblər. Qeyd edək ki, “Xəzər” adı tarixdə mövcud olmuş türkmənşəli Xəzər xalqının adı ilə bağlıdır və İranda rəsmi sənədlərdə əsasən “Xəzər dənizi” ifadəsindən istifadə olunur.
Mövzu ilə əlaqədar “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən AMEA-nın şöbə müdiri, türkoloq -alim Faiq Ələkbərli qeyd edib ki, Xəzər dənizinin adının dəyişdirilməsi İrançılar və şovvinistlər tərəfindən zaman-zaman ortaya atılır:
“Məlumdur ki, Xəzər dənizi adlanan bu dənizin onlarla adı vardır ki, bunların da böyük əksəriyyəti türk adı, türk mahiyyəti daşıyır. Hətta buranı zaman-zaman “Türk dənizi” də adlandırıblar. Ona görə də bu dənizin adının digər adlarla əvəzlənməsi heç bir zaman özünü doğrulda bilməz. Çünki Xəzər dənizinin ətrafında, demək olar ki, 90 faiz türk xalqları yaşayır. Eyni zamanda Xəzər dənizinin cənub tərəfində də yenə türklərdir. Yəni hazırda İran İslam Respublikasına aid olan ərazidə də yenə Türkmən Səhra, Astarabad, Qacar, Əfşar türkləridir. Eyni zamanda şimal tərəfdə, yəni quzey tərəfdə də Dərbənd türkləri, tatarlar və digər türk xalqları yaşayır. Vaxtilə burada Xəzər dövlətinin yaranması və Xəzərlər dövləti adlanması təsadüf deyildir. Əslində indiki Xəzər dövləti həm də Xəzərlər dövlətinin varisidir. Çünki Xəzərlər dövlətinin torpaqları, demək olar ki, Azərbaycanın əksəriyyətini özündə əks etdirirdi. Və Xəzərlər dövləti o zaman bir türk dövləti kimi, həm də bir Azərbaycan dövlətidir”
Müsahibimiz əlavə edib:
“Çox təəssüf olsun ki, sovetlər dönəmində Xəzərlər dövləti Azərbaycan dövlətçilik tarixindən kənarda saxlanılmışdır. O ki qaldı Qasibi, əslində Qasibi sözü də Xəzər sözünə bağlıdır. Yenə də biz görürük ki, Qazbek dağı, Qazaq, Qazaxıstan, qazaxı sözü, yəni bunlar hamısı Xəzər sözü ilə eynilik təşkil edir. Sadəcə, o da Pişəkitlisi günancadır, o, Qəzərlərin ölkəsi demək anlamındadır, əslində. Yəni yunanlarda və ya bəzi slavyan xalqlarında Qasib adlansa da, əslində o da türk xalqını, yəni məhz qazları, xazları, o Qəzərləri bildirməkdədir. Ancaq təbii ki, yenə də görürük ki, burada dominantlıq Xəzər sözünə bağlıdır və Xəzər sözü minillər boyu burada türk adı kimi, türk dövləti adı kimi öz adını burada, necə deyərlər, möhkəmləşdirmişdir və bunu heç bir şey dəyişə bilməz”.
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


