Mədəniyyət naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portal Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Azərbaycan ilə Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, münasibətlərin təməlində iki ölkə liderlərinin möhkəm dostluğu və qarşılıqlı etimadının dayandığını deyib.

Qeyd olunub ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Qasım Mohiuddin Azərbaycan ilə mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.