1915-ci il tarixinin dərsləri - 111 illik uydurma Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Tarixin dərsləri”ndə 24 aprel günündə dünya siyasətinin növbəti gəlişmələrinə səbəb olan saxta “erməni genosidi” məsələsinə toxunacağam.

111 ildir erməni ideoloqları öz iyrənc yalanları, iblisanə hiyləgərlikləri ilə dünyanı türk toplumuna qarşı nifrətlə doldurmaqda davam edir və üstəlik türklər tərəfindən “soyqırımı”na məruz qaldıqları iddiası ilə hər il 24 apreli matəm günü kimi qeyd edirlər. Baxmayaraq ki, o vaxtdan indiyə qədər milyonlarla türkün qanını axıdıblar, amma qisasçılıq hissindən əl çəkməyiblər. Bədxahlar bu azmış kimi dünya ölkələrinin parlamentlərində bu mövzunu gündəmə gətirməyə çalışırlar və çox vaxt da nail olurlar.

Mövzu barədə təqdim edəcəyim yazı isə Əntiqə Rəşid Aslana məxsusdur.

 

Ayaq tutub «yeri(dilən)yən” yalan…

 

«Qaregen Njdenin təlimi»nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir”. Yəni türkə olan nifrət ideoloji vasitədir, silahdır. Dünyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alırƏslində, elə dünya da insani keyfiyyətlərdə onlardan yüksəkdə durmağı bacaran türklərə nifrət etməyə bir bəhanə axtarırdı və ermənilərin sayəsində o «qondarma soyqırım” ı fürsəti əllərinə kecib. İndi isə o fürsətdən faydalanır, yeri gəldi- gəlmədi iclərinə yığılmış nifrəti-ədavəti zəhər kimi addımbaşı tökməkdən cəkinmirlər.

Bax, elə buna görə də, ermənilərin saxta iddialarına «inanan” ölkələrin sayı artır.

1915-ci ilin aprel günlərində nə baş verdi?

 

Qərbin və Rusiyanın Osmanlı Türkiyəsinin parçalmaq niyyəti

 

Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. "Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı və 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Berlin konqresində gündəliyə gətirilmişdi.

 Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin «qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən — xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinə 61-ci maddənin daxil edilməsindən sonra ermənilər istəklərinə silah gücünə nail olmaq yolunu tutdular.

 Beləki, İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşdi, daha sonra Van, Sason, Adana üsyanları ard-arda baş verdi.

 Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər.

Bu hadisədən sonra 1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər.

 

Vanda erməni hökümətinin qurulması

 

Daha dəqiq, rusların hücumundan ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı.

 Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər.

 

"Köçürülmə" qərarı, yaxud Təhcirin başlanğıcı

 

Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Nəticədə Osmanlı dövləti 27 may 1915-ci ildə «Köç” qərarı çıxartdı.

Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi.

Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi. Göründüyü kimi hec bir qətliam və yaxud «soyqırımı”ndan söhbət gedə bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə «soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayını minimuma endirdi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdı..

 

Faktlar nə deyir?: Şişirdilmiş "1,5 milyon erməni"

 

Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlibdir ki, ermənilərin köçürülməsi zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olub. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülublər.

 

ABŞ prezidenti Vudro Vilson və general Harbordun hesabatı

 

1919-cu ilin yayında Paris sülh konfransının gedişində ermənilərin "Qərbi Ermənistan” adlandırdıqları ərazilərdə və Cənubi Qafqazda vəziyyəti öyrənmək məqsədi ilə prezident Vudro Vilson ABŞ ordusunun Fransadakı baş qərargahının rəisi general Ceyms Harbordun başcılığı altında regiona xüsusi missiya göndərib. Regionu incələyən Harbordun Ərzurumdakı dialoqu həmin günlərdə çox sayda şahidlərin də gündəliklərinə düşmüşdü. O, türklərdən soruşur:

 

— Daha öncədən Ərzurumda erməni çoxluğu varmıdı?

 

Bu soruyu alan Ərzurum Bələdiyyə Başqanı Zakir Gürbüz bəy Amerikalı generalı pəncərə önünə çağıraraq açıq görünən Gez və Kavak məzarlıqlarını göstərib deyir: «Bunlar gördüyünüz kimi, müsəlman-türk məzarlarıdır. Şəhərin ötəki yerlərində də bunların on qatı türk məzarlığı daha vardır. İndi yaxşı baxın, çevrəsi divarlarla hörülü o kiçik məzarlığı da görürsüzmü? Bax o da ermənilərin məzarlığıdır. Özünüz deyin, ermənilərmi, ya türklərmi çoxluqda? Ermənilər ölülərini yemədilər ki! Əzurumun ölüsü də Türk, dirisi də Türk!» deyə tarixi cavab vermişdir.”

General Ceyms 16 oktyabr 1919-cu ildə ABŞ Senatına təqdim etdiyi raportunda yazırdı ki, Qara dənizdən İran sərhədinədək uzanan ərazinı gəzdik, lakin ermənilərin iddialarını doğruldacaq heç bir fakta rast gəlmədik. General Harbordun bu məruzəsi ermənilərin Şərqi Anadoluda heç zaman çoxluq təşkil etmədiklərini və soyqırıma məruz qoyulmadıqlarını təsdiqləyirdi. Harbord yazırdı ki, missiyanın keçdiyi yollarda tez-tez ermənilərin zülmündən qaçan türklərlə rastlaşırlarmış.

 

 Dünya liderləri və siyasətçiləri nə deyir?

 

Həmçinin məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı, admiral Mark Bristolun, britaniyalı siyasətçi və admiral Kolbi Çesterin, dünyanın nüfuzlu alimlərindən Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourin, britaniyalı tarixçi, professor Norman Stoun, amerikalı professor Günter Levin, türkiyəli alim Mehmet Perincək tarixi faktlara istinad edərək «erməni soyqırımı”nın əslində cəfəngiyatdan başqa bir şey olmadığını sübut ediblər.

Məsələn…

Amerika Birləşmiş Ştatları Loisville Universitetinin müəllimi, tarixçi yazar Prof. Dr. Castin Makkartın: "Erməni soyqırımı” deyilən bir şeyin olması mümkün deyil. O dövrdə yaşayan 1,5 milyon erməni yox idi. Bu rəqəmin cəmi erməni əhalisindən daha çoxdur. Bu tamamilə səhv. Bu «soyqırım”ın həqiqət olması vəziyyətində hər bir erməninin iki dəfə ölmüş olması lazımdır. 1912 — 1921 illər arasında 3 milyon müsəlman və 100 min erməni ölüb. Aclıqdan, susuzluqdan və ya xəstəlikdən ölənlər də oldu. Bütün ölənlərin türklər tərəfindən öldürüldüyü deyilir, amma bu xəstəlik ayrı-seçkilik etmədən hər kəsi öldürdü…

Tarixçilərin araşdırmalarını sərbəst şəkildə etmələri, mübahisələrin, tapıntıların müqayisə edilməsi lazımdır. Ancaq bu şəkildə tarixi məlumatın doğruluğuna əmin ola bilərik.”

 

Ermənilər 2 milyon müsəlman osmanlını qətl etdi

 

ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan: «Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız… Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək.

Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq.”

 

 “Qazanc” naminə murdar planlar…

 

Buna baxmayaraq, ermənilər 1965-ci ildən etibarən hər il aprelin 24-nü «soyqırım günü” kimi qeyd edirlər. Faktları ustalıqla şişirdən ermənilərin və erməni lobbisinin hədəfi «4 T” adlanan tələblərinin yerinə yetirilməsidir: 1. «Soyqırımı”nın dünyada tanınması; 2. Türkiyənin «soyqırımı” tanıması; 3. Türkiyənin «soyqırımı”na uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyəli mütəxəssislər isə hesab edirlər ki, dünya ölkələrinin «soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayır: Həmin ölkələrdəki erməni fəallığının təsiri, Türkiyəyə düşmən münasibət, Türkiyəni Avropa Birliyində görməmək istəyi, Özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi və nəhayət din amili…

Ermənipərəst dünya nə qədər dirəşsə də, nə qədər erməni yalanları ilə həmrəy olsa da, Türkiyə baş verməyən bir cinayəti heç vaxt öz üzərinə götürməyəcəyi bəllidir. Bu yolda canqardaşlarımıza təmkin və əzm arzu edirik. Yeri gəlmişkən, dünya dövlətlərindən, ümumilikdə səlibçilərdən ədalət gözləməyi, nə vaxtsa daşı ətəyindən töküb haqqı deməyi ummuruq.

Çünki 111 yox, cəmi 33 il əvvəl bir gecənin içində milliyyətinə, dilinə və dininə görə məhv edilən xocalıları görən dünya hələ də susur və bəzən qatilin başını sığallayır, onu müdafiə edir. Görkəmli şairimiz Məmməd Araz demiş: mən belə dünyanın nəyindən küsüm?”

 

***

1915-ci ildə Türkiyədə baş verən gerçəkliklər bədii ədəbiyyatımıza da mövzu verib. Yazıçı Varisin 1915-ci ildə Osmanlıdakı Britaniya səfirinin gündəkilərinə, Britaniya, eləcə də Azərbaycan Xalq Cumhuriyyəti Fövqəladı İstintaq Komissiyasının arxiv sənədlərinə istinad edilərək yazdığı, öncə İstanbulda, ardınca Bakıda işıq üzü görən “Qızıl cib saatı” romanı tarixi gerçəklikləri bədii ədəbiyyatın gücü ilə ortaya çıxarır.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.