"Azərbaycan mədəniyyətini Tacikistanda uğurla təqdim etdik" Featured

Tacikistan hökuməti yanında Gənclər və İdman Komitəsi tərəfindən təşkil olunan beynəlxalq festival çərçivəsində Azərbaycan mədəniyyətinin UĞURLU TƏQDİMATI

 

Turanə Orucova,

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri.

“Ədəbiyyat və incəsənət”

 

Tacikistan hökuməti yanında Gənclər və İdman Komitəsi tərəfindən təşkil olunan beynəlxalq festival çərçivəsində Azərbaycan mədəniyyətinin uğurlu təqdimatı diqqət mərkəzində olmuşdur. İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədr müavini Nəzrin Mansırlının ifasında səsləndirilən Azərbaycan musiqisi iştirakçı ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

 

Festival çərçivəsində təqdim olunan musiqi nömrələri Azərbaycan milli musiqisinin zənginliyini, dərin köklərə malik mədəni irsimizi və incəsənətimizin yüksək səviyyəsini bir daha nümayiş etdirmişdir. Nəzrin Mansırlının peşəkar ifası, səhnə mədəniyyəti və səsinin özünəməxsus tembri tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanmış, Azərbaycan musiqisinin beynəlxalq auditoriyaya təsir gücünü bir daha ortaya qoymuşdur.

Qeyd etmək lazımdır ki, belə beynəlxalq tədbirlər müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və milli dəyərlərin tanıdılmasına mühüm töhfə verir. Azərbaycan musiqisinin bu cür platformalarda təqdim olunması ölkəmizin zəngin mədəniyyətinin dünyada daha geniş tanınmasına xidmət edir və milli incəsənətimizin beynəlxalq səviyyədə nüfuzunun artmasına şərait yaradır.

Eyni zamanda, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, ölkəmizin mədəni diplomatiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kimi uğurlu çıxışlar Azərbaycanın incəsənət sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi olaraq, gələcəkdə də Azərbaycan mədəniyyətinin, milli musiqimizin və incəsənətimizin beynəlxalq arenada tanıdılması istiqamətində fəaliyyətimizi davam etdirmək əzmindəyik.

Sonda, göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşkilat olaraq dərin təşəkkürümüzü bildiririk.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.