Şəhid Milli Qəhrəman Bəhruz Mənsurovun doğum günüdür Featured

Könül Əliyeva, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

  

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, oxuduğu orta məktəb və Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi indi onun adını daşıyır. Onun - Milli Qəhrəman Bəhruz Mənsurovun.

 

Bu gün ondan danışacağıq.

Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. Sonrakı yaşayıç yeri Sumqayıt olmuşdur.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 

1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. Yardımlı rayonunun Telavar kəndində dəfn edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.