8 mart həm də 9 yaşlı Farizin anım günüydü Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

8 mart həm də 2011-ci il düşmən snayperi tərəfindən qətlə yetirilən 2002-ci il təvəllüdlü Fariz Bədəlovun anım günü idi.

Fariz Bədəlov 2011-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlılardan biridir.

 

Martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülüb.

Fariz Arzu oğlu Bədəlov 2002-cü ildə Ağdamda dünyaya gəlib. Ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də (9 yaşında) öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.

Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır:

"Soyuq 8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər".

Bəli, bütün bunlar yaddaşlara yazılmalı və unudulmamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.