Cəlil Xəlilov: “Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısının Birləşmiş Ərəb Əmirliyinə səfəri və səfər zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi bu həqiqəti bir daha sübut edir:

 

“Məlum olduğu kimi, Müzəffər Ali Baş Komandan sülh uğrundakı uzunmüddətli və səmərəli səylərinə, bu istiqamətdə əldə etdiyi tarixi uğurlara görə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Birləşmiş Ərəb Əmirliyinə səfəri əsnasında bu mükafat təntənəli şəkildə dövlət başçımıza təqdim olundu. Bu fakt bir daha sübut etdi ki, Prezident İlham Əliyevin sülh səyləri bütün dünyada diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. Bu mənada Prezidentimizin bu mükafata layiq görülməsi təbii və təqdirəlayiq olduğu qədər, həm də qürurvericidir”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan dünyada sülh dövləti kimi tanınır:

“Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən sülh və təhlükəsizlik siyasəti Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Respublikamız müxtəlif dövlətlər arasındakı gərginlik və siyasi qarşıdurmaların həllinə dəstək verib, bu dövlətlər arasında sülhün və anlaşmanın əldə olunmasında  vasitəçilik edib. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu siyasəti hər zaman müxtəlif dövlətlər, eləcə də ABŞ, İsrail, Türkiyə və s. tərəfindən yüksək qiymətləndirilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasətinə cavabdeh olan qurumlar və şəxslər də Müzəffər Ali Baş Komandanın sülh siyasətinə ciddi dəstək verib, vahid komanda kimi ortaya mühüm nəticələr qoyublar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sahədə gördüyü işlər buna nümunədir. Adıçəkilən dövlət məmurları Prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanın sülh siyasətinin həyata keçirilməsində aktiv iştirak edib, vahid komanda kimi siyasi-diplomatik müstəvidə çoxsaylı uğurların əldə edilməsinə böyük töhfələr veriblər.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi faktı bir daha sübut edir ki, Azərbaycan bütün dünyda sülhün və təhlükəsizliyin carçısı kimi tanınır və hər zaman olduğu kimi bundan sonra da öz sülhpərvər missiyasını uğurla davam etdirəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.