Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur

 

Ötən gün Omanın Maskat şəhərində 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumu işinə başlayıb. Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumu (RIYADA) tərəfindən təşkil olunan forum yanvarın 26-dək davam edəcək.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Oman Sultanlığı ilə yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işləri sənayesi sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrinin iştirak etdiyi forumda ölkəmizi Dövlət Turizm Agentliyi təmsil edir.

Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov RIYADA-nın sədri Halima bint Raşid əl-Zari ilə birlikdə Azərbaycan stendini ziyarət edib, sərgidə nümayiş etdirilən məhsullar və yaradıcılıq nümunələri ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.