Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Süni intellekt artıq təkcə texnologiya mütəxəssislərinin deyil, incəsənət adamlarının, jurnalistlərin və cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzindədir. Bir vaxtlar fantaziya kimi görünən imkanlar – insan səsinin, üz mimikasının, hətta konkret sənətçilərin üslubunun süni intellekt vasitəsilə təkrar yaradılması – bu gün real və əlçatan texnologiyaya çevrilib.
Lakin bu sürətli inkişaf yaradıcılıqla yanaşı, ciddi etik və hüquqi suallar da doğurur.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən Süni İntellekt mütəxəssisi Ümid Salay (şəkildə) da bu gün süni intellekt vasitəsilə mahnıların, musiqilərin, hətta konkret insanların səsinin vəgörüntüsü əsasında videoların yaradılnasının texniki olaraq artıq çox asan olduğunu təsdiqləyib:
“Süni intellekt birinsanın səs tonunu, danışıq tərzini, üz mimikasını analiz edib demək olar ki, eyni formadatəkrar yarada bilir. Texnologiya baxımından bu, böyük bir irəliləyişdir. Amma etik baxımdançox ciddi suallar ortaya çıxarır.
Ən böyük problem razılıq məsələsidir. Bir insanın səsindən, üzündən və ya imicindən onunxəbəri və icazəsi olmadan istifadə edilməsi açıq şəkildə etik pozuntudur".
Mütəxəssis qeyd edib ki, xüsusilə tanınmışşəxslərin səsi ilə mahnı hazırlanması, ya da adi insanların görüntülərinin manipulyasiyaolunaraq başqa kontekstdə təqdim edilməsi həm şəxsi hüquqların, həm də etibarınpozulmasına səbəb olur:
"İkinci ciddi risk dezinformasiya və reputasiya zədələnməsidir. Süni intellektlə hazırlanmışbir video və ya audio real kimi təqdim edildikdə, insanlar bunun saxta olduğunu ayırd etməkdə çətinlik çəkə bilər. Bu isə yanlış məlumatın sürətlə yayılmasına, insanların nüfuzuna xələl gəlməsinə və cəmiyyətdə etimadsızlıq mühitinin yaranmasına yol aça bilər.
Musiqi və incəsənət sahəsində də etik suallar yaranır. AI tərəfindən yaradılan mahnılarkonkret sənətçilərin səsinə və üslubuna bənzədikdə, müəlliflik hüquqları, yaradıcılıq haqqı və əməyin dəyəri sual altına düşür. Əgər bu proseslər nəzarətsiz qalarsa, yaradıcı insanların zəhmətinin kommersiya məqsədilə icazəsiz istifadəsi genişlənə bilər".
Ümid Salayın sözlərinə görə, gələcəkdə bu sahədə əsas problem texnologiyanın özü yox, ondan necə istifadə olunacağı olacaq. Belə ki, süni intellekti tam qadağan etmək real və mümkün deyil. Amma onun istifadəsi üçün aydın etik çərçivələr, hüquqi qaydalar və şəffaflıq mexanizmləri formalaşdırılmalıdır:
"Məsələn, Aİ ilə yaradılan səs və ya videonun açıq şəkildə işarətlənməsi,
istifadə olunan şəxsin razılığının sənədləşdirilməsi və kommersiya istifadəsində hüquqi məsuliyyətin müəyyən edilməsi vacibdir.
Mənim fikrimcə, süni intellekt yaradıcılığı məhv edən yox, onu gücləndirən alət olmalıdır. Amma bu, yalnız o zaman mümkündür ki, insan faktoru, etik dəyərlər və məsuliyyət texnologiyanın önündə getsin. Əks halda, texnologiyanın sürəti cəmiyyətin ona olan etimadını ciddi şəkildə sarsıda bilər".
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


