Banqkokdakı festivalda Azərbaycan haqqında rəngarəng təqdimat olub

Taylandın paytaxtı Banqkokdakı “Chindamanee School”-da Beynəlxalq Qida və Mədəniyyət Festivalı (International Food and Cultural Festival) keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla, ümumilikdə 23 ölkə öz milli mətbəxini və mədəniyyətini nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tailandda yaşayan soydaşlarımız Fatimə və Elşən Bənnayevlərin təşəbbüsü ilə  hazırlanan Azərbaycan guşəsi öz orijinallığı və zəngin təqdimatı ilə seçilib. Guşədə milli geyimlər, rəqslər və ənənəvi mətbəx nümunələri, şirniyyatlar nümayiş olunub. Azərbaycan çayı və paxlavası gün ərzində stendi ziyarət edən qonaqların xüsusi marağı ilə qarşılanıb.

Azərbaycan guşəsinin uğurlu təqdimatı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya tanıdılması istiqamətində növbəti əhəmiyyətli addım kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.