Polkovnik Eldəniz Namazov və Kəlbəcərin azadlığı Featured

 

Polkovnik Eldəniz Namazov Üçtərəfli Bəyanatın şərtlərinin dəqiqliklə yerinə yetirilməsini düşməndən tələb edib və dövlətimizin tələbələri yerinə yetirilib!

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

25 noyabr, 2020-ci il. 44 günlük Vətən Müharibəsinin Qələbəsinə sevinib, özünü Vətənə fəda edən Şəhidlərimiz üçün ağlayıb, Qazilərimizin yarasına məlhəm olmağa çalışdığımız şərəfli, qürurlu tarix. Mən 25 noyabr tarixini təsadüfən yazmadım. Bu gün Kəlbəcər rayonunun işğaldan tamamilə azad olduğu gündür. 25 noyabr 2025-ci il tarixində Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi hərbi əməliyyatsız Azərbaycan Respublikasına təhvil verilib.

 

Kəlbəcərin təhvil alınmasında iştirak edən, Üçtərəfli Bəyanatda imzalanan bütün şərtləri düşmənə yerinə yetirdən, Kəlbəcər azaddır, sənədinə imza atan səlahiyyətlərdən biri hamımızın fəxrimiz, xüsusi döyüş yolu olan, Qarabağın azadlığında xüsusi və misilsiz xidmətləri olan Xüsusi Təyinatlı Qüvvələrinin İdarə rəisi (o tarixdə Eldəniz XTQ-nin İdarə rəisi idi), əslən Qazax rayonundan olan polkovnik Eldəniz Namazovdur.

Eldəniz Namazov Kəlbəcərin azadlığına imza atan Qəhrəman zabitdir. Təhvilalmada hansı çətinliklər olubsa hərbçilər daha yaxşı bilir. Təxribata əl atmağa daim hazır olan düşmən heç zaman nəyəsə asanlıqla nail olmağımıza imkan verməyib. Eldəniz düşmənə aman verməyib ki, öz bildikləri hərəkəti etsinlər. Üçtərəfli Bəyanatın şərtlərinin dəqiqliklə yerinə yetirilməsini düşməndən tələb edib və dövlətimizin tələbələri yerinə yetirilib.

Kəlbəcər azadlığa qovuşdu, Xalqımız Kəlbəcərə.

İnanıram ki, Eldənizin göstərdiyi Qəhrəmanlıqlar öz layiqli qiymətini alacaq.

İnanıram ki, qədirbilən Kəlbəcər camaatı Kəlbəcərə tam köç olduqdan sonra Eldənizin Qəhrəmanlığını dəyərləndirəcəklər. Kəlbəcərin təhvil alınması tapşırığını şərəflə yerinə yetirən polkovnik Eldəniz Namazovun Qəhrəmanlığının şərəfinə Kəlbəcərdə abidəsinin ucaldacağına da inanıram.

Azadlığının 5 yaşı mübarək, cənnət Kəlbəcər.

Biz Səninlə Fəxr edirik, Eldəniz.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.