İlham Əliyevin xalq etimadına söykənən dövlətçilik fəlsəfəsi Featured

Turanə Orucova,

QHT rəhbəri, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycan dövləti son illərdə əldə etdiyi siyasi uğurlar, beynəlxalq nüfuzu və strateji qərarları ilə yalnız regionun deyil, dünyanın aparıcı və söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Bu yüksəliş, ölkə başçısı İlham Əliyevin milli maraqlara əsaslanan, praqmatik və uzaqgörən liderlik strategiyasının birbaşa nəticəsidir. Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan, müstəqil qərar vermə qabiliyyətini qoruyan, suverenliyinə tam sahib çıxan və eyni zamanda beynəlxalq sülh təşəbbüslərində fəal iştirak edən bir dövlət kimi tanınmaqdadır.

 

Məhz bu müstəvidə  Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri təkcə bir bəyanat deyil, milli liderlik fəlsəfəsinin və dövlət idarəetməsində qətiyyətli mövqeyinin rəmzidir. Bu ifadə, onun situasiyaları düzgün analiz etmə qabiliyyətini, zamanlamanı dəqiq seçmək bacarığını və xalqına inamdan güc alaraq qərarlar qəbul etdiyini göstərir.

Bu inamdan qaynaqlanan qərarlar isə təkcə siyasi rasionallığın deyil, həm də xalqla lider arasında yaranmış etimadın təcəssümüdür. Bu səbəbdən atılan hər addım düşünülmüş, hər qərar məsuliyyətli və gələcəyə hesablammış olur.

Azərbaycanın son illərdə keçdiyi strateji yol – istər siyasi, istər hərbi, istər diplomatik sahədə – bu iradənin nəticəsidir. Qarabağ Zəfəri də məhz bu prinsipə söykənən ardıcıl siyasətin, səbrli və ağıllı strateji planlaşdırmanın nəticəsi oldu.

Prezident İlham Əliyev hadisələrə ani, emosional reaksiya vermək əvəzinə, zamanın və şəraitin diktə etdiyi anda qərar verir. Bu, onun liderlik modelinin əsasını təşkil edir. O, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutaraq, lazım olan anda lazımi addımı atır və bunun məsuliyyətini üzərinə götürməkdən çəkinmir.

Azərbaycan xalqı da bu iradəyə güvənir. Xalqın etimadı, Prezidentin siyasi gücü ilə vəhdət təşkil edərək ölkəmizin dayanıqlı inkişafının təməlini qoyur.

Bu gün Azərbaycan regionda söz sahibi olan, gücünü yalnız hərbi deyil, diplomatik və iqtisadi sahələrdə də sübut edən bir dövlətə çevrilibsə, bu, məhz "nəyi necə və nə vaxt etmək" prinsipinə əsaslanan siyasi idarəetmənin nəticəsidir.

Bugünkü sabitlik, əmin-amanlıq və inkişaf məhz bu siyasi iradənin və zamanında atılmış qərarların nəticəsidir. Liderlik – xalqın güvənini daşımaqdır, o güvənə cavab verməkdir. Prezident İlham Əliyev bu güvənin daşıyıcısı və cavabdehi olaraq üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməkdədir.

 

Sülhün  Paraflanması  və Beynəlxalq  danışıqlar

 

2025-ci ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sülh müqaviləsi, uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla yanaşı, iki ölkənin münasibətlərini normallaşdıran və “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı strateji tranzit koridorunun təşəbbüsünə yol açan mühüm razılaşma kimi tarixə düşüb.

Bu müqavilə, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və düzgün zamanlama ilə verilən qərarların nəticəsi olaraq, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və sülhə olan sadiqliyini nümayiş etdirdi.

Bundan əlavə, 2025-ci ilin ikinci yarısında Çində keçirilən danışıqlar da regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların davamı kimi qiymətləndirilir. Bu danışıqlar, Azərbaycanın diplomatik səylərinin və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyinin bir göstəricisidir.

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan, nəinki öz ərazi bütövlüyünü bərpa etmiş, həm də regionda sülh və sabitliyin təmin olunmasında əsas rol oynayan bir dövlətə çevrilmişdir. Vaşinqtonda imzalanan sülh müqaviləsi və Çində aparılan danışıqlar, bu uğurun beynəlxalq miqyasda tanınmasının və Azərbaycanın diplomatik səylərinin nəticəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.