Qarabağ Azərbaycandır: Güclü Lider, güclü dövlət, sarsılmaz xalq Featured

Orucova Təranə, QHT sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal miqyasda müstəqil və güclü mövqeyə sahib olan bir dövlətdir.

 

Onun sözləri həm daxili auditoriyaya güvən, həm də xarici qüvvələrə aydın bir mesaj idi.“Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm? Çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək.”

Bu bəyanat sadəcə siyasi ritorika deyil – bu, Azərbaycanın siyasi iradəsinin, hərbi gücünün və milli birliyinin təntənəsidir.

 

44 Günlük Zəfər – Sözlə deyil, əməllə yazılan tarix oldu.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımız diplomatik yolla deyil, qanla, canla, əzmlə və milli ruhla geri qaytarıldı.

Prezident İlham Əliyev cəbhədə olduğu qədər informasiya savaşında da ön cəbhədə idi. Onun “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə xalqa deyil, dünyaya səsləndirilmiş sarsıdıcı bir xəbərdarlıq idi.

Bu ifadə artıq beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağın rəsmi və hüquqi gerçəkliyinin rəmzidir. 

Qələbədən sonra bölgədə həyata keçirilən yenidənqurma, bərpa və böyük qayıdış  planları isə bu torpaqların gələcəyini inşa edir.

 

Təhdidlərə qarşı qətiyyətli mövqe: Sülh istəyirik, amma sülhü qorumağı da bacarırıq

 

Prezidentin çıxışında vurğulanan əsas mesajlardan biri də Azərbaycanın təhdidə təslim olmayan mövqeyi idi. Əgər əvvəllər Azərbaycan torpaqlarının işğalına göz yumulurdusa, bu gün artıq heç kim Azərbaycanın milli maraqlarına qarşı çıxmağı düşünə bilmir. 

Çünki Azərbaycan artıq:

-Modern orduya

-İqtisadi gücə

-Qlobal diplomatik nüfuza

və ən əsası, bütöv xalq dəstəyinə sahibdir.

Biz sülh tərəfdarıyıq, lakin bu sülh zəiflik üzərində qurulmur. Bu, güclü mövqedən doğan, haqqın müdafiəsi üzərində qurulan bir sülhdür. Biz haqlıyıq, 

Biz güclüyük, 

Bİz birlikdəyik.

Və biz hər zaman deyəcəyik: 

Qarabağ Azərbaycandır!

Bu gün artıq Ermənistan da reallıqları qəbul etməyə məcburdur. Uzun illər bölgədə gərginlik yaradan, işğal siyasəti ilə yaşayan Ermənistan indi sülh danışıqlarında masaya oturmağa, Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanımağa doğru irəliləyir.

Hazırda gedən sülh prosesləri göstərir ki, Azərbaycanın gücü, qətiyyəti və liderliyi regionda yeni bir mərhələnin əsasını qoyur. İndi əsas məqsəd dayanıqlı sülh, qarşılıqlı hörmət və əməkdaşlıqla bölgənin gələcəyini qurmaqdır.

Əgər Ermənistan bu tarixi fürsəti düzgün qiymətləndirərsə, ekspromt şəkildə aparılan sülh danışıqları yaxın zamanda müsbət nəticələnəcək və Cənubi Qafqazda qalıcı sabitlik bərqərar olacaq.

Amma hər kəs bilməlidir: Azərbaycan heç vaxt geri çəkilməyəcək. Sülh istəyirik, amma şərtlərlə – Azərbaycanın şərtləri ilə! Qələbə ilə başlayan yol, sülhlə davam edəcək – lakin bu sülh gücümüzün, haqqımızın və liderliyimizin nəticəsi olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.