İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şeirləri, baməzəliyi, şəxsiyyəti həmişə sevilib. Əməkdar artist Bəhram Bağırzadə KVN teatrında onun elə bir obrazını yaradıb ki, həmişə izlənəcək, bəyəniləcək.
Bu gün Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq şairi Qabilin - Qabil İmamverdiyevin doğum günüdür.
Qabil 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib.
AYB Ağsaqqallar Şurasının sədri olub. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub. 1-ci Fəxri Xiyabanda dəfn edilib. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilib — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinib.
Kitabları
1. Seçilmiş əsərləri
2. Mənim mavi Xəzərim
3. Ömrüm boyu
4. Nəsimi 1980 (I–III kitab)
5. Ömrün həbləri
6. İlahi qisməti
7. Dostlarım, tanışlarım
8. Seçilmiş əsərləri — I cild
9. Seçilmiş əsərləri — II cild
10. Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə
Mükafatları
1. Azərbaycan SSR Dövlət mükafatı
2. "Əmək igidliyinə görə" medalı
3. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı
6. "Şöhrət" ordeni
7. Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatı
8. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
9. "İstiqlal" ordeni
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)