Biz haradan haraya yuvarlandıq? - AKTUAL Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Təqribi 1 həftədir bütün sosial media çalxalanır. Özü də hansı mövzu ilə? 4 yaşındakı UŞAĞIN canında olanlarla, istəyi ilə. Azərbaycanda 4yaşlı bir uşağa cinsi istismar olunur. Bu qorxuducudur. Sonumuzu, ölkənin getdiyi halı sorğulamaq üçün yetərli səbəbdir. Amma gəlin qəbullanaq ki, artıq bu xəbərlərə əvvəlkitək təəccüblənmirik.

 

Biz uşaqları yandırıb bidonlarda gizlədənlərin, 5ailə üzvünün qatili olanların, hicablı yoldaşını balkondan atanların ölkəsiyik, bunlar bizim üçün normaldır. Biz qısa yubka geyinənə pis baxanların, amma hər cür pozğunluğu elə birbaşa efirlərdə min bir təhqirlərlə təqdim edənlərin yurdundanıq. Biz bilirsiz kimlərik? Biz 15yaşlı uşaq müəllimlərjn təzyiqinə dözməyib özünü məktəb binasından atanda "pis yola düşüb" deyənlərdənik. Daha pisi bilirsiz nədir? Biz artıq "4yaşlı uşağın" canındakı istəkdən, gözlərindəki həzzdən danışanların ölkəsi olmuşuq.

Əziz valideynlər, ehtiyatlı olun deyəcəkdim. Sonra vaz keçdim. Elə bunu edən də valideyn deyildi?

Qələmimlə nələrisə dəyişə biləcəyimə olan inamımı buraxıram artıq. Qəbullanıram ki, mən, biz nə yazırıq yazaq, nə qədər danışırıq danışaq, heç nə dəyişməyəcək. Onsuz televiziyalardakı 18+ filmləri qoyub, heç kim də bizi oxumayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.