“Nargıs” jurnalının baş redaktoru Ülviyyə Mahmud Barselonadakı “Casa Azerbaiyán” evinin nümayəndəsi ilə birlikdə Barselona Musiqi Muzeyini (Museu de la Música de Barcelona) ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, o, muzeyin direktoru Jordi Alomar i Payerasa Azərbaycan milli musiqi aləti olan kamança bağışlayıb.
Bu səfər iyulun 4-də başlanmış mədəni dialoqun davamı olub. Həmin gün Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Nargıs” jurnalı Barselonanın tarixi Palau Dalmases sarayında “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatına həsr olunmuş xüsusi gecə təşkil edib.
Hədiyyə edilən kamança Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi və Bərpası üzrə Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən hazırlanıb. Bu kamança “Museu de la Música de Barcelona” kolleksiyasına daxil edilən ilk Azərbaycan milli musiqi alətidir.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)