İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun “Yasamal gölündə qayıqlar üzürdü” romanı ədəbiyyatımızda əsl hadisə oldu. Amma çox təəssüf ki, bu roman lazımı qiymətini ala bilmədi. Elə yazıçı özü də potensialı tam açılmadan, özünü tam ifadə etmədən getdi. Halbuki, o, ədəbiyyatımızı daha çox zənginləşdirmək qüdrətində idi.
Azərbaycan xalq yazıçısı Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Cəbrayıl rayon mərkəzində müəllim, Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri, baş redaktor işləyib.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdi.
Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxıb. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.
Kitabları
"Kütlə"
"Axirət sevdası"
"Şəhid ruhu"
Əsərləri
1. Aran
2. Pillələr
3. Yamacda nişanə
4. Toğana
5. Yasamal gölündə qayıqlar üzürdü
6. Mavi günbəz
7. Gedənlərin qayıtmağı
8. Kütlə" (1999)
9. Görünməz dalğa
10. Dünyanın arşını
11. Yanvar hekayələri
Sabir Əhmədli 2009-cu il aprelin 17-si Bakıda vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)