Oksford Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Oksford Universitetində “European-Eurasia Cultural Night” (“Avropa-Avrasiya Mədəniyyət Gecəsi”) adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində universitetdə İctimai Siyasət ixtisası üzrə magistr təhsili alan Şəbnəm Tağıyevanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan stendi qurulub.

Stenddə ölkəmizin qədim və zəngin mədəniyyəti, milli musiqisi, rəngarəng folkloru və dadlı mətbəx nümunələri təqdim edilib. Milli təamlarımız və musiqilərimiz qonaqlarda böyük maraq doğurub. Bundan əlavə, interaktiv sual-cavablar təşkil olunub, iştirakçılar Azərbaycan haqqında biliklərini sınamaq fürsəti qazanıblar. Qaliblərə ölkəmizi əks etdirən simvolik hədiyyələr verilib.

Tədbir azərbaycanlı tələbələrə mədəni irsimizi geniş auditoriyaya tanıtmaq və ölkəmizi  təmsil etmək imkanı yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.