Lirik sopranonun doğum günüdür - XURAMAN QASIMOVANIN Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


Bədbinlər həyəcan təbili çalırlar. Deyirlər, get-gedə opera, balet, simfonik musiqi, kamera musiqisi və digər elitar incəsənət qolları Azərbaycanda süquta uğrayacaq, diringi və bozbaş mahnılar meydan suladıqca və yeganə gəlir mənbəyi bu mahnılara susamış toy biznesi olunca elitar musiqiyə heç kəs yaxın gəlməyəcək.

 

Azərbaycan opera müğənnisi, lirik soprano Xuraman Qasımovanın bu gün doğum günüdür. O, 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər.

Xuraman Qasımova 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistliyinə başlamışdır.

 

Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.

 

İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977) I mükafatçısı, vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) laureatı, Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981) "Qran pri" mükafatçısıdır, eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır.

Ünlü sənətçi kinofilmlərə də çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır").

1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor), 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur.

Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

 

Filmoqrafiya

 

Gələcəyin qurucuları

Həyat bizi sınayır

Kədərimiz... Vüqarımız...

Maestro Niyazi 

Mən ki gözəl deyildim

Nəğməkar torpaq 

Qaraca qız 

Silinməyən izlər... 

Ürəkdən ürəyə 

Üzeyir ömrü

 

Təltif və mükafatları

 

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı 

- Azərbaycan SSR Lenin komsomolu mükafatı

- "İstiqlal" ordeni

- "Şərəf" ordeni

- "Şöhrət" ordeni 

- "Heydər Əliyevin 100 illiyi" yubiley medalı 

 

1995-ci ildə Xuraman Qasımovanın həyatının dramatik anlarını əks etdirən “Zəng adlı” qısametrajlı sənədli film çəkilmişdir

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.