BÖYÜK İLYAS ƏFƏNDİYEV – Bu gün onun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Qaryagində (indiki Füzuli rayonu – red.) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım…"

                                                                                                      İlyas Əfəndiyev 

 

Bu gün Azərbaycan SSR xalq yazıçısı və Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin doğum günüdür. Adını ədəbiyyat tariximizə yazmış ustad yazıçının, dramaturqun ədəbiyyat qarşımızda xidmətləri hədsizdir.

 

O, 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.  

İlyas Əfəndiyev ədəbiyyata təsadüfən gəldiyini deyir, amma bu, bizcə zərurət idi. Axı bütün təsadüflər zərurətdən doğur. Onun qış gecəsi dostuna məktub yazmaqdan başlanan və 9 hekayəyə çevrilən ilk həvəsi sonradan "Söyüdlü arx”, "Körpüsalanlar", "Geriyə baxma, qoca", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı" kimi möhtəşəm romanların dünyaya gəlişinə rəvac verdi.

 

ƏSƏRLƏRİ 

 

Pyeslər

1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)

2. "İşıqlı yollar"

3. "Bahar suları"

4. "Atayevlər ailəsi"

5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"

6. "Mənim günahım"

7. "Odlu səhradan gəlmiş şeytan"

8. "On manatlıq lüstr"

9. "Bizə inan"

10. "Unuda bilmirəm"

11. "Məhv olmuş gündəliklər"

 

Uşaq hekayələri

1. "Ceyran ovu"

2. "Maraqlı hadisə"

3. "Qoruqlarda"

4. "Yasəmən ağacı"

5. "İz ilə"

6. "Ovçunun nağılı"

7. "Zəmidə bir turac səslənirdi"

 

Hekayələr

- "Kənddən məktublar" kitabından

"Qızbəs xala"

"Qarımış oğlan"

"Mirzə İman"

"Xəncər hekayəsi"

- "Hekayələr" kitabından

"Görüş"

"Gülaçar"

"Su dəyirmanı"

 

Povestlər

- "Kənddən məktublar"(1939)

- "Aydınlıq gecələr"(1945)

- "Torpağın sahibi"

- "Qaçaq Süleymanın ölümü"

- "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"

- "Üçatılan"(1981) (avtobioqrafik)

 

Romanlar 

1. "Söyüdlü arx"(1958)

2. "Körpüsalanlar"(1960)

3. "Geriyə baxma, qoca"(1980) (avtobioqrafik əsərdir)

4. "Xan çinar"

5. "Dağlar arxasında üç dost"(1963)

6. "Sarıköynəklə Valehin nağılı"(1976–1978)

 

MÜKAFATLARI:

 

1. "Şərəf nişanı" ordeni 

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

3. "Qırmızı əmək bayrağı" ordeni 

4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)

5. "Oktyabr inqilabı" ordeni

6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı

7. "Lenin" ordeni

8. "Şöhrət" ordeni

 

Böyük yazar 3 oktyabr 1996 cı ildə Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.