Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Udmurtiya Milli Kitabxanası ilə birgə “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində  videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Pyotr İliç Çaykovski – 185” adlı videoçarx dünya auditoriyasının qəlbini fəth etmiş, klassik musiqinin inkişafına mühüm töhfələr vermiş, bəstəkar, istedadlı pedaqoq, dirijor və musiqi tənqidçisi Pyotr İliç Çaykovskinin anadan olmasının 185 illiyinə həsr olunub. Videoçarxda dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir. Burada P.İ.Çaykovskinin məşhur ifadələri  yer alır. Bir çox əsərlərinin siyahısı verilir, abidələri nümayiş olunur. Videoçarxda Çaykovskinin  “Uşaq albomu”ndan “Torağayın nəğməsi” və “Ana” adlı hissələrin fraqmenti verilib.  

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=zWFlEo7Skl8

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.