Şair Etibar Vəliyevin doğum günüdür

Gün gələcək görəcəksən, qiyamətdə, qiyamətdir.

Namaz qılmaq, səcdə etmək, Allaha bir itaətdir.

 

Tanrı bizi xəlq eyləyib, təbib nədir, loğman nədir.

Dərdimizə çarə varsa, İlahidən şəhadətdir.

 

                                             Etibar Vəliyev (Sev Allah'ı)

 

Bir illik Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Etibar Vəliyevin doğum günüdür.

O, 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir.

 

Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb.

 

Məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş. Yüzlərlə müxtəlif şeirlərin müəllifidir. İlk şeiri indiki "Lənkəran" qəzetində çap olunub. 2006-cı ildən "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalında məsul katib, 2018-ci ildən isə baş redaktor müavini kimi fəaliyyət göstərir.

 

Kitabları 

 

1. "Görüşə Gəl" (şeirlər)

2. "Baxmağa Dəyər" (şeirlər)

3. "Mənim Duyğum" (şeirlər)

4. "Ürəyimdə döyünən vətən" (şeirlər) 

5. "Analı dünyam" (şeirlər) 

6. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları" (həmmüəlliflə) 

 

Mükafatları 

 

- Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı 

- Azərbaycan Prezidentini illik təqaüdü 

- Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanı 

- Azərbaycan Beynəlxalq Rəsul Rza mükafatı 

- Azərbaycan "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.