Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlini 60 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, təbrik məktubunda Qorxmaz İbrahimlinin ictimai fəaliyyətinə və vətəndaş cəmiyyəti quruculuğundakı xidmətlərinə xüsusi önəm verilib:
“Hörmətli Qorxmaz müəllim,
Sizi 60 illik yubileyiniz ilə bağlı səmimi qəlbdən təbrik edirəm!
Siz uzun illər ərzində vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafı istiqamətində ardıcıl və prinsipial fəaliyyət göstərmisiniz. Hazırda da sədri olduğunuz “Biosfer” İctimai Birliyi, vaxtilə rəhbəri olduğunuz “Demokratik Seçki Mərkəzi”, eləcə də uzun illər İdarə heyəti üzvü olduğunuz Milli QHT Forumunun xətti ilə keçirilən tədbirlər, onlarla layihə sizin uğurlu ictimai fəaliyyətinizdən örnəklərdir.
Siz Azərbaycanın QHT sektorunda uzun illərdir aktiv fəaliyyət göstərən, müxtəlif beynəlxalq və yerli təşəbbüslərə töhfə vermiş, demokratik dəyərlərin, ekoloji maarifləndirmənin və seçki mədəniyyətinin təşviqi istiqamətində çoxsaylı layihələrə rəhbərlik etmiş tanınmış ictimai xadimsiniz.
Siz daim ictimai məsuliyyət, peşəkar yanaşma və milli dəyərlərə bağlılığı əsas prinsip olaraq qəbul etmisiniz. Təşəbbüskarlığınız, aydın vətəndaş mövqeyiniz və dialoqa əsaslanan yanaşmalarınız həm cəmiyyətin müxtəlif təbəqələri, həm də qeyri-hökumət sektoru üçün örnək təşkil edir.
Bu əlamətdar gününüzdə Sizə möhkəm cansağlığı, gələcək ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(30.04.2025)