İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vətən sərhəddən başlayır - Sərhəd qəhrəmanı Şahin Hüseynquliyevin doğum günüdür.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin Hüseynquliyev 30 aprel 1991-ci ildə Şərur rayonunda anadan olmuşdur. Heydər Əliyev adına Hərbi Lisey və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almışdır. O, Sərhəd Qoşunları Çevik Hərəkat Dəstəsinin mənsubudur.
İştirak etdiyi döyüşlər
• Füzulinin azad edilməsi
• Hadrutun azad edilməsi
• Şuşanın azad edilməsi
• Zəngilanın azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vətənin qəhrəman oğluna Allah'dan xeyirli ömür, xidmətdə uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(30.04.2025)