Sərtyel,
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu bələdçisi
1-Cİ SUAL-CAVAB
-Media Azərbaycanın 3-cü futbol divizionunda oynayan “Lerik” komandasının ispaniyalı legioneri Rodriqo Vaskesin yığmada oynaması xəbərini yayıb. Bu xəbərin doğru olması şox şübhə doğurur. İspaniyalı, yığmada oynayan oyunçu və Azərbaycanın 3-cü divizionu, ucqar, dağlıq Lerik rayonu.
-Biz hər şeyə şübhə ilə yanaşmaqdan haçan usanacağıq? Niyə öz uğurlarımıza barmaq tıxayırıq? Bəli, rəsmən təsdiqləyirəm ki, Azərbaycanın 3-cü futbol divizionunda oynayan “Lerik” komandasının ispaniyalı legioneri Rodriqo Vaskes yığma oyunçusudur. O, İspaniyanın Kordobo əyalətinin Daura kəndində yaşayır, kəndin Muaro məhəlləsinin 3-cü dalanının futbol yığmasının müdafiəçi və hücumçusudur.
-Həm müdafiəçi, həm də hücumçu?
-Bəli, elədir, çünki həmin dalanda yaşayan və futbol oynaya bilən kişi cinsi nümayəndəsi cəmi 9 nəfər olduğundan, Rodriqo Vaskes və daha bir nəfər birdən-birə 2 ampluada oyuna çıxırlar.
2-Cİ SUAL-CAVAB
-Ötən il Azərbaycanlı keçmiş SOCAR rəsmisi, sonrakı biznesmen, milyonluq maşınları, bahalı əyləncələri, Messini, Ronaldinyonu və “Barselona” prezidentini Bakıya gətirməsi ilə gündəm olan Adnan Əhmədzadənin DTX tərəfindən həbsinə ən çox kim ağlayıbdır?
-Əlbəttə ki Messi. Çünki onunla dost olmaq üçün Adnan bəy düz 22 milyon dollarından keçibdir. Belə yağlı tikəni əldən çıxaran, sizcə, ağlamazmı?
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)


